• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yunanıstanda hoteldə yanğın: ölən və yaralananlar var 

DÜNYA

30 Dekabr 2024 | 23:37 | Müəllif: Subhan Mahmudov

Yunanıstanda hoteldə yanğın: ölən və yaralananlar var

Yunanıstanın mərkəzində yerləşən qədim Meteora monastır kompleksinin yaxınlığındakı hoteldə yanğın baş verib.

Bakıvaxtı.az bu barədə AP-yə istinadən xəbər verir.

Məlumata görə, yanğın nəticəsində hotelin sahibi ölüb. Qeyd olunur ki, eyvandan qaçmağa çalışan 55 yaşlı iş adamı yanğınsöndürənlər gələnə qədər yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.

Daha 11 nəfər xəsarət aldığı bildirilir. Onlardan 4-ü azyaşlıdır.

Xilasedicilər 26 nəfəri təxliyə ediblər, onlardan bəziləri kran vasitəsilə eyvanlardan qaldırılmalı olub.

Yanğının səbəbi hələ müəyyən edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026