• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Marsda qismən günəş tutulması müşahidə edilib

DÜNYA

01 Noyabr 2024 | 09:47 | Müəllif: Əli Hüseynov

Marsda qismən günəş tutulması müşahidə edilib

NASA-nın Perseverance roveri Marsın peyklərindən biri olan Fobos günəşin qarşısından keçərkən baş verən qismən Günəş tutulmasını çəkib.  

Bakıvaxtı.az quruma istinadla xəbər verir ki, bu hadisə zamanı Fobos günəşin səthinə və Marsın səthinə sanki “göz qırpır” kimi kölgə salıb. Bu an sentyabrın 30-da çəkilmiş videoda lentə alınıb.

Marsdan müşahidə edilən tutulma Yerdə müşahidə edilən günəş tutulmalarına nisbətən kifayət qədər qısadır - bu tutulma cəmi 30 saniyə davam edib. 

Fobosun diametri Yerin peykindən 157 dəfə kiçik olduğu üçün belə tutulmalar qısamüddətli olur. 

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026