Rusiya ordusunun Ukraynaya hücumu davam edir.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, hucum zamanı termobarik döyüş başlıqları olan Şahed-136 pilotsuz təyyarələrindən istifadə edilib.
Müharibənin Öyrənilməsi İnstitutunun məlumatına görə, Kiyev Elmi-Tədqiqat Məhkəmə Ekspertiza İnstitutu rusların oktyabrın 26-dan 29-a kimi ukraynalıları vurduğu dronların qalıqlarını araşdırıb.
Bundan əlavə, Rusiyanın “Rostec” dövlət müdafiə konqlomeratının törəmə şirkəti olan Ruselectronics şirkəti TOS-1A Solntsepek termobarik artilleriya sistemləri üçün yeni örtük hazırlayıb.
O, radio dalğalarını udur və bu ölümcül qurğuları müasir istiqamətləndirmə sistemləri, termal görüntüləyicilər üçün “görünməz” edir.
Murad Məmmədli
















