• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İranda bütün uçuşlar LƏĞV EDİLDİ

DÜNYA

02 Oktyabr 2024 | 11:18

İranda bütün uçuşlar LƏĞV EDİLDİ

Yaxın Şərqdə hazırkı gərgin vəziyyətə görə İranda bütün aviareyslər ləğv edilib.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cafar Yazerlu açıqlayıb.

“Uçuşların təhlükəsizliyini təmin etmək üçün İranda oktyabrın 3-ü səhər 05:00-a qədər bütün reyslər ləğv edilib”, - deyə Yazerlu bildirib. 

Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. İsrail Müdafiə ordusu İrandan ölkə ərazisinə təqribən 180 raket atıldığını bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026