• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Pezeşkianın İsrailə hücumdan xəbəri olmayıb - İDDİA

DÜNYA

02 Oktyabr 2024 | 11:26

Pezeşkianın İsrailə hücumdan xəbəri olmayıb - İDDİA

İran İslam Respublikasının oktyabrın 1-i axşam saatlarında İsrailə etdiyi raket hücumu ilə bağlı yeni iddia yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, “Nyu-York Tayms”ın köşə yazarı Tomas Fridman öz mənbələrinə istinadən bildirib ki, İran prezidenti Məsud Pezeşkiana İslam Respublikasının İsrailə qarşı həyata keçirdiyi raket hücumları barədə əvvəldən məlumat verilməyib.

Jurnalist yazır ki, raket hücumunu İran Hərbi Hava Qüvvələri deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri təşkil edib.

İddiaya görə, Pezeşkian hücum başlayandan sonra xəbərdar olub. Hücum əmrini isə İranın ali lideri Ayətullah Əli Xamenei verib və bu barədə prezident Məsud Pezeşkian əvvəldən xəbərdar olunmayıb.

Məlumatda qeyd edilir ki, bu, İran rəhbərliyində əməliyyatla bağlı fikir ayrılıqlarını göstərə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026