• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Tramp Floridada marixuananın leqallaşdırılmasını dəstəklədi

DÜNYA

02 Sentyabr 2024 | 12:55 | Müəllif: Gülşən Şərif

Tramp Floridada marixuananın leqallaşdırılmasını dəstəklədi

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp Florida ştatında marixuananın şəxsi istifadə üçün leqallaşdırılmasının lehinə səs verəcəyini açıqlayıb.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bununla bağlı Tramp "Truth Social" platformasında paylaşım edib.

Tramp bildirib ki, bir çox başqa ştatlarda bu qanuni olduğu halda Floridada kimsə cinayətkar olmamalıdır:

"İctimai yerlərdə istifadəni qadağan etmək üçün qaydalar olmalıdır. Sadəcə demokratların idarə etdiyi bir çox şəhərlərdə olduğu kimi, getdiyimiz heç yerdə marixuananın iyini hiss etmirik".

Qeyd edək ki, 2016-cı ildə Floridada marixuana xəstəliklərin müalicəsində istifadə üçün qanuniləşdirilib. Marixuana həm şəxsi, həm də tibbi istifadə üçün ABŞ-nin 24 ştatında qanunidir. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026