• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Hindistanda güclü yağışlar nəticəsində 10 nəfər ölüb

DÜNYA

02 Sentyabr 2024 | 12:09 | Müəllif: Əli Hüseynov

Hindistanda güclü yağışlar nəticəsində 10 nəfər ölüb

Hindistanda güclü yağışlar nəticəsində 10 nəfər ölüb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Hindistanın Andhra Pradeş və Telanqana ştatlarında davam edən leysan yağışları nəticəsində 10 nəfər həyatını itirib.

Qeyd edilib ki, Andhra Pradeş ştatının Vicayavada rayonundakı Ambapuram, Nainavaram, Nunna və Pathapadu kəndləri tamamilə su altında qalıb.

Bildirilib ki, 5 rayonda 294 kənddən 13 min 227 nəfər təxliyə edilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026