• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Audi" şirkəti Q5 krossoverinin yeni nəslini təqdim etdi

DÜNYA

02 Sentyabr 2024 | 15:04 | Müəllif: Gülşən Şərif

"Audi" şirkəti Q5 krossoverinin yeni nəslini təqdim etdi

"Audi" üçüncü nəsil Q5 krossoverinin məxfiliyini ləğv edib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə Alman avtomobil istehsalçısı "Audi" şirkəti məlumat yayıb.

Məlumata görə, avtomobil yeni PPC platformasında qurulan ilk krossover olub və qismən elektrikləşdirilmiş daxiliyanma mühərrikləri ilə təchiz edilib. Krossoverin radiator barmaqlığında zəncir halqalarını xatırladan iri elementlərdən ibarət naxış var. Baş optikasının dizaynı dəyişdirilib, arxa işıqlar işıq zolağı ilə birləşdirilib.

Ön paneldə müxtəlif bucaqlarda quraşdırılmış üç displey var. A5 modeli əvvəllər bu interyeri almışdı. İlkin mərhələdə Q5 Avropada 48 voltluq bort sistemi və 24 at gücündə artımı təmin edən starter-generatoru olan üç mühərrik alacaq. 

Krossoverdə 204 at gücünə malik 2.0 TFSI benzin turbo mühərriki, eyni gücə malik 2.0 dizel mühərriki və SQ5 versiyasını gücləndirən 306 at gücünə malik benzin V6 mühərriki  mövcuddur. Krossover robotlaşdırılmış transmissiya və tam ötürücü ilə təchiz edilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR