İsrail qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində bəzi evlərə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, xarici mediada yayımlanan məlumata görə, hücumda 40 nəfərin həyatını itirdiyi öyrənilib.
Şahidlərin sözlərinə görə, fələstinlilərə məxsus evlər bombalanıb, İsrail ordusu qəfil basqınlarla sözügedən bölgələrdə hərəkət edən hər kəsə atəş açıb.
Əli Hüseynov















