• Bakı 31° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Ərdoğan: "İsrail rəhbərliyinə təzyiqlər artırılmalıdır"

DÜNYA

04 Iyul 2024 | 18:04

Ərdoğan: İsrail rəhbərliyinə təzyiqlər artırılmalıdır

"Qəzzada 16 mindən çox günahsız uşağın həyatını itirdiyi xarabalıqlar əslində legitimliyini itirmiş beynəlxalq sistemin dağıntılarıdır".

Bakıvaxtı.az "Son Dakika"ya istinadən xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Münaqişənin tezliklə dayandırılmasının vacib olduğunu vurğulayan Ərdoğana görə, İsrail daimi atəşkəsi qəbul etməyə məcbur edilməlidir:

"Biz qaydalara əsaslanan beynəlxalq sistemin sütunlarının sarsıldığı bir dövrdən keçirik. Terrorizm, İslam və ksenofobiya, qeyri-müntəzəm miqrasiya, iqlim dəyişikliyi,təhlükəsizlik və təchizat zəncirlərindəki böhranlar geosiyasi sarsıntıların şiddətini artırır. Bunun ən son və ağrılı nümunəsi olan Qəzza gözümüzün qarşısındadır. Qəzzada hücumlar nəticəsində 40 minə yaxın günahsız insan həyatını itirib. Təxminən 90 min fələstinli yaralanıb". 

Ərdoğan qeyd edib ki, bu təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq vacibdir.

"Qlobal ədalətsizlikləri və iqtisadi bərabərsizlikləri aradan qaldıran, təhlükəsizlik, sabitlik yaradan effektiv və əhatəli beynəlxalq sistem qurmaq üçün çalışırıq. Məqsədimiz insanlara və insani dəyərlərə əsaslanan sahibkarlıq diplomatiyası yanaşması ilə regionumuzda və onun hüdudlarından kənarda sülh nəsli yaratmaqdır", - deyə Türkiyə prezidenti vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

06 Iyul 2024