Serbiyanın “Krusik” müdafiə zavodundakı sexlərdən birində partlayış baş verib.
Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, partlayış zamanı sexdə 20 işçi olub, onlardan yeddisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edilir ki, “Krusik” Serbiyanın ən böyük müdafiə sənayesi müəssisələrindən biridir və dövlətə məxsusdur.