• Bakı 17° C

    2.11 m/s

Papikyan Gürcüstanın baş naziri ilə GÖRÜŞÜB

DÜNYA

02 Sentyabr 2024 | 15:27

Papikyan Gürcüstanın baş naziri ilə GÖRÜŞÜB

Ermənistanın müdafiə naziri Suren Papikyan Gürcüstanda rəsmi səfərdədir.

Bakıvaxtı.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Papikyan artıq gürcü həmkarı İrakli Çikovani ilə görüşüb.

Tərəflər ölkələrin müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına daxil olan məsələləri müzakirə ediblər.

Erməni nazir baş nazir İrakli Kobaxidze ilə də görüşüb. Görüşdə ölkələr arasında dostluq əlaqələri və müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub. Tərəflər regionda sülhün təmin olunması üçün birgə səylərin vacibliyindən də danışıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026