• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

İsraildə nazirlərə xüsusi rabitə verildi

DÜNYA

03 Avqust 2024 | 16:57

İsraildə nazirlərə xüsusi rabitə verildi

 İsraildə Nazirlər Kabineti üzvlərinə müharibə və mobil rabitə çatışmazlığı halında peyk telefonları verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mediası yazıb.

"İranın ölkəyə mümkün hücumlarına cavab olaraq hökumət nazirlərinə - təkcə kabinet üzvlərinə deyil - peyk telefonları verilib", - nəşr bildirib.

Qeyd edilib ki, İsrail hökuməti fasiləsiz telefon xidmətini təmin etmək üçün mümkün olan hər şeyi edir.

Xatırladaq ki, İran 30 iyulda Pezeşkianın andiçmə mərasiminə qatıldıqdan sonra dincəldiyi iqamətgahın vurulması nəticəsində ölən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qisasını alacağını vəd edib. Buna görə də İsrail müdafiəyə hazırlaşır. (axar.az)


SON XƏBƏRLƏR

14 Yanvar 2025