Rusiya prezidenti Vladimir Putin KXDR lideri Kim Çen İnə başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Belə ki, Şimali Koreyanın şimal-qərb əyalətlərində baş verən daşqınların faciəvi nəticələri ilə əlaqədar başsağlığı mətnində Putin bildirib:
"Pxenyan hər zaman Rusiya Federasiyasının köməyinə və dəstəyinə arxalana bilər".