• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Çin lideri ŞƏT-ə üzv dövlətlərə çağırış edib

DÜNYA

04 Iyul 2024 | 13:26

Çin lideri ŞƏT-ə üzv dövlətlərə çağırış edib

"Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər həmrəylik nümayiş etdirməli və daxili işlərə kənar müdaxilə cəhdlərinə qarşı birgə səylər göstərməlidirlər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Çin lideri Si Cinpin ŞƏT sammitində deyib.

O qeyd edib ki, xarici müdaxilə və parçalanma kimi real çağırışlar qarşısında biz həmrəylik nümayiş etdirərək səyləri birləşdirməliyik:

“Biz kənar müdaxilələrə qarşı əl-ələ verib bir-birimizə möhkəm dəstək verməliyik”, o əlavə edib.

Çin liderinin qeyd etdiyi kimi, ŞƏT-ə üzv dövlətlər müxtəlif məsələlərdə qarşılıqlı narahatlığı nəzərə almalı və bir-biri ilə fikir ayrılıqlarını müstəsna olaraq sülh yolu ilə aradan qaldırmalıdırlar:

“Əməkdaşlıq prosesində yaranan problemləri ümumi mövqelərə söykənməklə həll etmək lazımdır”, - o vurğulayıb.

O əlavə edib ki, regionun sülh yolu ilə inkişafı ŞƏT-ə üzv dövlətlərin əlindədir.

Qeyd edək ki, bu il Şanxay Əməkdaşlıq Təşkilatına Qazaxıstan sədrlik edir. ŞƏT sammiti iyulun 4-də Astanada Müstəqillik Sarayında keçiriləcək. Sammitdə Rusiya, Azərbaycan, Belarus, Hindistan, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Çin, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın dövlət və hökumət başçıları iştirak edir.

Günel Abbas


SON XƏBƏRLƏR

06 Iyul 2024