• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

ŞƏT sammitində 25 sənəd imzalanıb - YENİLƏNİB

DÜNYA

04 Iyul 2024 | 13:26

ŞƏT sammitində 25 sənəd imzalanıb - YENİLƏNİB

Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı təşkilata üzv ölkələrin liderləri 25 sənəd imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

İmzalanan sənədlər arasında Astana Bəyannaməsindən başqa, Şanxay Əməkdaşlıq Təşkilatının 2035-ci ilə qədər İnkişaf Strategiyasının layihəsinə dair ŞƏT-ə üzv dövlətlərin Başçıları Şurasının qərarı, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə dair ŞƏT Xarici İşlər Nazirləri Şurasının təklifləri üzrə qərar, 2025-2027-ci illər üçün terrorizm, separatizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, 2024-2029-cu illər üçün Narkotiklərlə Mübarizə Strategiyasının və onun həyata keçirilməsi üzrə Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında qərar var.

Bundan başqa, 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyası da imzalanıb.

***

13:25

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderləri birlik haqqında Astana Bəyannaməsini imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının yeni Baş katibi təyin olunub.

Nurlan Yermekbayev bu vəzifədə 2021-ci ilin yanvarın 1-dən çalışmış Çjan Mini əvəzləyib.


SON XƏBƏRLƏR

06 Iyul 2024