• Bakı 31° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

ŞƏT üzvləri davamlı qlobal sülhə nail ola bilərlər

DÜNYA

04 Iyul 2024 | 17:34

ŞƏT üzvləri davamlı qlobal sülhə nail ola bilərlər

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər qarşılıqlı anlaşma yolu ilə regionda və bütün dünyada davamlı tam sülhə nail ola bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, bunu ŞƏT-in baş katibi Zanq Minq bildirib.

O qeyd edib ki, davam edən kompleks dəyişikliklər fonunda üzv dövlətlər arasında strateji qarşılıqlı əlaqəni, qarşılıqlı etimadı və qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməklə, xarici çağırışların öhdəsindən gəlmək üçün birlikdə çalışaraq, biz regionda, hətta qlobal miqyasda davamlı və tam sülhə, sabitliyə və firavanlığa nail ola bilərik.

Zanq Minq deyib ki, ŞƏT-in inkişafı və tərəqqisi keçmişdə, indi və gələcəkdə “Şanxay ruhu” ilə idarə olunub və olacaq.

Qurum rəsmisi qeyd edib ki, müasir dünya dərin və mürəkkəb dəyişikliklərə məruz qalır. ŞƏT təkcə yen çağırışlarla deyil, həm də yeni imkanlarla üz-üzədir və üzv ölkələrin xalqları təşkilata böyük ümidlər bəsləyirlər.

Günel Abbas


SON XƏBƏRLƏR

06 Iyul 2024