• Bakı 30° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Ərdoğan Lukaşenko ilə Ukraynanı müzakirə etdi 

DÜNYA

04 Iyul 2024 | 19:00

Ərdoğan Lukaşenko ilə Ukraynanı müzakirə etdi 

Türkiyə və Belarus dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Aleksandr Lukaşenko Astanada keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya-Ukrayna böhranının nizamlanmasını müzakirə ediblər.

Bakıvaxtı.az bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, iki ölkə liderləri Ankara və Minsk arasında ikitərəfli gündəliyi, Ukraynadakı müharibənin nəticələrini, eləcə də aktual regional və qlobal problemləri müzakirə ediblər.

Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağa yönəlmiş addımların vacibliyini vurğulayıb.

Ərdoğan bildirib ki, Türkiyə sülh üçün səylərini və hər iki tərəflə səmimi əlaqələri davam etdirəcək.

Daha əvvəl Belarus Prezidentinin mətbuat xidməti Türkiyə dövlət başçısı ilə danışıqlar barədə məlumat yayıb, lakin iki lider arasında söhbətin təfərrüatları verilməyib.


SON XƏBƏRLƏR

06 Iyul 2024