• Bakı 31° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

İQTİSADİYYAT

04 Iyul 2024 | 19:22

ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb ki, bu da qlobal ticarətin dörddə birinə bərabərdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "ŞƏT plyus" görüşündə bildirib.

Qazaxıstan Prezidenti, eyni zamanda, qeyd edib ki, ŞƏT ölkələrinin iqtisadiyyatları 4-9 faiz arasında yüksək artım tempi göstərir.

Qeyd edək ki, bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “ŞƏT plyus” iclası keçirilib.

Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər, BƏƏ, Türkmənistan, Türkiyə və Azərbaycanın dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.


SON XƏBƏRLƏR

06 Iyul 2024