• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Antiinhisar Xidməti məlumat yaydı

İQTİSADİYYAT

02 Avqust 2024 | 10:56 | Müəllif: Əli Hüseynov

Antiinhisar Xidməti məlumat yaydı

Bu ilin 7 ayı ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 21 müəssisə tərəfindən idxal olunan 54 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub.

Dövlət Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında 18 müəssisə tərəfindən məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub, digər müəssisələrlə bağlı işlər davam etdirilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların dolğun və düzgün məlumat əldə etmək hüququnun təmin olunmasına yönəlmiş fəaliyyətləri həyata keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026