• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qoz-fındıq bahalaşacaq

İQTİSADİYYAT

31 Avqust 2024 | 14:23 | Müəllif: Gülşən Şərif

Qoz-fındıq bahalaşacaq

"Hazırda yeni mövsüm çərəzlər nübar formasında bazarda özünü göstərməkdədir. Kütləvi yığım hələ başlamayıb. Aran rayonlarında çərəz bağları kifayət qədər azdır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, əsasən, ölkənin Şimal rayonlarında daha çox çərəz yetişir:

"Şimal rayonları isə daha çox soyuq iqlim qurşaqlarına malik olduğu üçün çərəz məhsulları ən azı payız aylarında tam yetişməyə başlayır. Dediyim kimi, hazırda bazarda nübar şəklində satılır. Qiymətlər o qədər də baha deyil, orta qiymətlər nəzərdə tutulub. Onu da qeyd edim ki, Azərbaycanda çərəzə tələbat soyuq aylarda daha çox olur. Hələ ki bazarda çərəz qiymətləri necə performans göstərəcək indidən demək çətindir. Yəqin ki, builki qeyri-sabit və əlverişsiz hava şəraiti çərəz bağlarına da təsir edib. Hesab edirəm ki, bu il bazarda çərəz məhsulları qıt ola bilər. Halbuki Azərbaycanda çərəz məhsulları yerli tələbatdan 30 % artıq istehsal olunur. Ola bilər ki, qiymətlər bir az qalxsın və biz idxalı azaldaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026