• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Azərbaycan və Özbəkistan polipropilen istehsalı üzrə birgə müəssisə yarada bilər

İQTİSADİYYAT

28 Sentyabr 2024 | 15:24

Azərbaycan və Özbəkistan polipropilen istehsalı üzrə birgə müəssisə yarada bilər

Azərbaycan və Özbəkistan polipropilen istehsalı üzrə birgə müəssisənin yaradılması imkanlarını müzakirə edir.

Bakıvaxtı.az xəbər verir ki, Xarəzm texnoparkında polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üzrə “SOCAR Polymer” ilə birgə müəssisənin yaradılması perspektivləri var.

Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə metanol, butandiol, polioksimetilen və digər kimyəvi məhsullardan propilen istehsalı üzrə layihələr hazırlanır.

Qeyd edək ki, Özbəkistanda kimyəvi məhsul istehsalı üzrə 21 müəssisə fəaliyyət göstərir (böyük zavodlar: "Navoiazot", "Maksam-Çirçik", "Fargonazot", "Ammofos-Maksam" və "Dehkanabad kalium zavodu").

Onların birgə istehsal həcmi 1,5 milyard dolları keçir, ixrac həcmi isə 500 milyon dollardır.

Azərbaycanda 100-dən çox kimya müəssisəsi, eləcə də, Sumqayıt Kimya Sənaye Parkı (31 rezident, investisiya - 3,3 milyard dollar) fəaliyyət göstərir. (trend)


SON XƏBƏRLƏR