"Ermənistan hökuməti dövlət borcunun 2024-cü ilin sonunda 49,8% ətrafında olacağını və gələn il 53,5%-ə yüksələcəyini proqnozlaşdırır".
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan deyib.
Onun sözlərinə görə, xidmət üzrə büdcə xərcləri ÜDM-ə nisbətdə 11,2%-dən 11,3%-ə, 3,4%-dən 3,6%-ə yüksələcək:
“Biz proqnozlaşdırırıq ki, 2025-ci ilin sonuna dövlət borcu 53,5%-ə çatacaq, nominal ifadədə 5 trilyon 914 milyard dram təşkil edəcək. Yəni 5 trilyon 37 milyarddan 5 trilyon 914 milyard drama qədər artacaq".
Gülşən Şərif
















