• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bitkoinin qiyməti 64 000 dollardan aşağı düşüb

İQTİSADİYYAT

02 Avqust 2024 | 17:21 | Müəllif: Gülşən Şərif

Bitkoinin qiyməti 64 000 dollardan aşağı düşüb

Son 24 saatda Yaxın Şərqdə artan geosiyasi gərginlik səbəbindən Bitkoinin qiyməti 4,2 faiz dəyər itirib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, son 24 saatda qiyməti təxminən 4,3 faiz ucuzlaşan Bitkoin 63 540 dollara çatıb.

Bazar dəyərinə görə ikinci sırada olan "Ethereum" isə 5,5 faiz dəyər itirərək 3 130 dollara düşüb.

Analitiklərə görə, Beyrut və Tehrandakı hücumlar kripto pul kimi riskli aktivlərə təsirsiz ötüşmür. Mərkəzi Bankın (FED) qısa müddətdə atacağı addımların kriptovalyuta bazarına müsbət təsir edəcəyi gözlənilir. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026