• Bakı 30° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Rusiya Mərkəzi Bankı rəqəmsal rubl layihəsini genişləndirəcək

İQTİSADİYYAT

04 Iyul 2024 | 15:31

Rusiya Mərkəzi Bankı rəqəmsal rubl layihəsini genişləndirəcək

"Rusiya sentyabrın 1-dən etibarən rəqəmsal rubl üçün pilot layihəni genişləndirəcək".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Sankt-Peterburqda keçirilən "Rusiya Mərkəzi Bankının Maliyyə Konqresi"ndə çıxış edən Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Olqa Skoroboqatova deyib.

Onun sözlərinə görə, Rusiya ilin ikinci yarısında və 2025-ci ildə rəqəmsal rubl üçün inkişafları sürətləndirəcək:

"Rəqəmsal rubldan istifadə ilə bağlı çoxlu müraciət alırıq . Ona görə də layihənin bir çox banklarda tətbiq olunmasını düşünürük".

"Rusiya 2023-cü ildə sınaq prosesinə başladığı rəqəmsal rubldan beynəlxalq ödənişlərdə istifadə etməyi hədəfləyir", - deyə Skoroboqatova bildirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

06 Iyul 2024