• Bakı 31° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Bu vəziyyətdə su içmək ölümlə nəticələnə bilər

CƏMİYYƏT

04 Iyul 2024 | 18:24

Bu vəziyyətdə su içmək ölümlə nəticələnə bilər

ABŞ-da aparılan bir araşdırma, məşhur inancın əksinə olaraq, həddindən artıq su qəbulunun zərərli ola biləcəyini ortaya qoydu.

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə idman zamanı su içmək ölümlə nəticələnə bilər.

Tədqiqat, həddindən artıq su qəbulunun hiponatremi adlı bir vəziyyətə səbəb ola biləcəyini qeyd edib.

Hiponatremi bədəndə natrium səviyyəsinin aşağı olduğu bir vəziyyətdir. Bu, xüsusilə çox su içən idmançılarda və həddindən artıq tərləmə nəticəsində natrium itirən şəxslərdə baş verə bilər.

Hiponatremi ciddi bir vəziyyətdir və baş ağrısı, zəiflik, qusma, əzələ krampları və hətta huşunu itirmə kimi simptomlara səbəb ola bilər. Hətta ölümlə nəticələnə bilər./bakupost


SON XƏBƏRLƏR

06 Iyul 2024