• Bakı 30° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Terrorizmlə mübarizədə ikili standartlar yolverilməzdir - Bəyannamə

DÜNYA

04 Iyul 2024 | 17:38

Terrorizmlə mübarizədə ikili standartlar yolverilməzdir - Bəyannamə

Terrorizmlə mübarizədə ikili standartlardan söhbət gedə bilməz, çünki bu hərəkətlərə heç bir əsas yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu ŞƏT-in Astanada keçirilən Zirvə toplantısının yekunları üzrə cümə axşamı təsdiq edilmiş Astana Bəyannaməsində qeyd olunub.

Bəyanatda deyilir ki, ŞƏT-ə üzv dövlətlər terrorizmlə mübarizədə ikili standartların yolverilməz olduğunu vurğulayırlar:

“Terrora heç bir formada və təzahürdə haqq qazandırmaq olmaz, terrorçuları dəstəkləmək və onlara sığınacaq vermək bütün dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənməlidir. Onlar terrorçular tərəfindən ekstremist ideologiyanın, o cümlədən gənclər arasında yayılması üçün media məkanından istifadə edilməsini ciddi təhlükə hesab edirlər”.

Sənəddə qeyd olunur ki, ŞƏT öz ərazisində dövlətin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə zidd olan hər hansı fəaliyyətin qarşısının alınmasına yönəlmiş tədbirlər görür:

“ŞƏT-in üzvü olan dövlətlər terrorizm, separatizm və ekstremizmə qarşı mübarizədə möhkəm sadiqliklərini təsdiq etməklə yanaşı, terrorçu, separatçı və ekstremist qruplardan şəxsi maraqları naminə istismar etmək cəhdinin yolverilməzliyini vurğulayırlar”.

Bəyannamədə vurğulanır ki, ŞƏT-ə üzv dövlətlər suveren ölkələrin və onların səlahiyyətli orqanlarının terror və ekstremist təhdidlərə qarşı mübarizədə aparıcı rolunu tanıyır.

Günel Abbas


SON XƏBƏRLƏR

06 Iyul 2024