• Bakı 30° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Bugünkü MİQ imtahanlarına 7199 namizəd ÇAĞIRILIB

CƏMİYYƏT

04 Iyul 2024 | 15:44

Bugünkü MİQ imtahanlarına 7199 namizəd ÇAĞIRILIB

İyulun 4-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə riyaziyyat və kimya fənləri üzrə 7 199 namizəd dəvət olunub.

Bu barədə Bakıvaxtı.az-a Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu gün imtahanlara 80% davamiyyət qeydə alınıb.

MİQ-in test imtahanları 2-10 iyul tarixlərində ölkə üzrə 39 imtahan mərkəzini əhatə edir.

İlk gündə - iyulun 2-də texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd imtahana dəvət olunub.
 

3 iyul tarixində təşkil olunan MİQ imtahanlarına ibtidai sinif və musiqi fənləri üzrə 14 342 namizəd dəvət olunub. 

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizədinm iştirakı gözlənilir.


SON XƏBƏRLƏR

06 Iyul 2024