• Bakı 31° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Fransada hökumət sözçüsünə hücum etdilər

DÜNYA

04 Iyul 2024 | 20:08

Fransada hökumət sözçüsünə hücum etdilər

Fransada parlament seçkilərinin ikinci turuna az qalmış hökumət sözçüsü Priska Teveno hücuma məruz qalıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, seçkilərdə Makron alyansından namizədliyini irəli sürən Teveno birinci turda öz dairəsi üzrə qalib gəlib.

O və komandası Paris ətrafında seçkilərin ikinci turunu təbliğ edən təşviqat posterləri asarkən naməlum şəxs tərəfindən hücuma məruz qalıblar.

Tevenonun iki köməkçisi xəsarətlə xəstəxanaya yerləşdirilib. Onlardan birinin çənəsi sınıb. Tevenonun özünün ciddi xəsarət almadığı iddia edilir.

Polis dörd şübhəlini saxlayıb. Onlardan üçü azyaşlı, dördüncüsü isə 20 yaşındadır. Onların Teveno komandasının istifadə etdiyi avtomobilin ön şüşəsini də sındırdıqları deyilir.

Prokurorluq hökumət nümayəndələrinə silahla hücumu araşdırır. 


SON XƏBƏRLƏR

06 Iyul 2024