• Bakı 30° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Azərbaycanın ŞƏT sədri seçilən ölkə ilə münasibətləri nə yerdədir?

SİYASƏT

04 Iyul 2024 | 17:21

Azərbaycanın ŞƏT sədri seçilən ölkə ilə münasibətləri nə yerdədir?

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyev bir sıra dövlət başçıları ilə görüşlər keçirib, onlarla müzakirə aparıb. ŞƏT-ə bu gün rəhbər ölkə seçilmiş Çin də bu dövlətlər arasındadır.

Bu gün siyasətlə maraqlanan şəxslər üçün müzakirə mövzusuna çevirilən Çin-Azərbaycan münasibətləri məsələsi bundan sonrakı dövrdə daha böyük əhəmiyyət kəsb edəcək.

Bəs bundan sonrakı dönəmdə Çin-Azərbaycan münasibətləri hansı səviyyəyə çatacaq, nə kimi perspektivlər gözlənilir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlar olduğunu ikitərəfli istiqamətdə atılan bütün addımlarla sübut edir. Onun sözlərinə görə, bunun bariz nümunəsidir ki, Astanada keçirilən ŞƏT-in növbəti zirvə toplantısı Azərbaycan Çin münasibətləri baxımından xüsusi əlamətdar oldu:

“Belə ki, sammit çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü Azərbaycan-Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsi ilə yadda qaldı. Azərbaycan və Çin dövlət başçılarının arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri də bu dinamikliyə xüsusi töhfə qatdı”.

Züriyə Qarayeva, politoloq

Politoloq ölkələrimiz arasında olan əlaqələrin çoxşaxəli olduğunu, ölkələr arasında dostluq münasibətlərinin mövcudluğunu qeyd edib.

“Bu gün ölkəmiz bütün önəmli regional və qlobal güclərlə kontruktiv əlaqələr formalaşdırır. Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün nəticəsi olaraq, ölkələr arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq”, - deyə Züriyə Qarayeva əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

06 Iyul 2024