• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Mirmahmud Mirəlioğlu rəsmən deputatlığa namizəd oldu

SİYASƏT

02 Avqust 2024 | 15:05

Mirmahmud Mirəlioğlu rəsmən deputatlığa namizəd oldu

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun deputatlığa namizədliyi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, Mirmahmud Mirəlioğlu 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd olub.

"İmzasını verən seçicilərimizə və imza toplayan seçki qərargahının bütün üzvlərinə, səlahiyyətli nümayəndələrə təşəkkür edirəm. Namizədliyimin qeydə alınması müddətində hər cür əmək sərf edənlərə, tərəfdarlara və əleyhdarlara minnətdaram", - M.Mirəlioğlu bildirib.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədi 6-cı çağırış Milli Məclisin deputatı Tahir Mirkişilidir.

Mirmahmud Mirəlioğlu 1995-2000-ci illərdə 2-ci çağırış Milli Məclisin deputatı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026