• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Makron yalnız öz karyerasını deyil, həm də Fransanı çökdürür - AÇIQLAMA

SİYASƏT

02 Avqust 2024 | 17:38 | Müəllif: Qalib İbrahimoğlu

Makron yalnız öz karyerasını deyil, həm də Fransanı çökdürür - AÇIQLAMA

 “Fransada hakimiyyətin seçkini uduzduğuna və hökumətin istefasına baxmayaraq, Makron ölkəni idarə etməkdə davam edir”.

Bu barədə yazı Almaniyanın “Berliner Zeitung” qəzetində dərc olunub.

Məqalə müəllifi Emmanuel Makronun Parisdəki Yay Olimpiadasının sonunadək hökuməti formalaşdırmayacağını bəyan etsə də, dəqiq tarixi açıqlamadığını, bununla da demokratik dəyərlərə zərbə vurduğunu qeyd edib. O, Emmanuel Makron üçün çıxış yolunu da göstərib:

“Prezident bütün demorkatik ənənələri ayaqlar altına alır, onlara zərbə vurur. Makron yaddan çıxarır ki, 2022-ci ildən sonra onun partiyası qanunverici orqanda çoxluğa yiyələnə bilməyib. Eyni zamanda Makron Mərakeşin Qərbi Saxara üzərində suverenliyinə dəstək ifadə etməklə, BMT-nin bu regiona muxtariyyət verilməsi haqqında 2007-ci ildə qəbul etdiyi qətnaməni pozur. Bir məsələni də qeyd etmək lazımdır ki, hazırda hökumətdə boş qalan vəzifələrə təyinatlar həyata keçirilməsi tamamilə qanunsuzdur. Çünki istefaya gedən hökumətdə kimsə vəzifəyə təyin oluna bilməz. Buna görə də Makronun istefası yaranmış vəziyyətdən yeganə xilas variantıdır”.

Konstitusiya hüququ üzrə ekspert Aleksandr Qiq deyir ki, sentyabradək dövlət büdcəsinin layihəsi sentyabradək qəbul olunmasa Parlament hökumətə etimadsızlıqla bağlı qərar verəcək: “Əvvəlcə seçki təyin edib sonradan isə hər şeyi olduğu kimi saxlamaq istəyən prezident üçün demokratik dəyərlərin heç bir önəmi yoxdur. Bu məsələdə ən optimal çıxış yolu Emmanuel Makronun istefası və növbədənkənar seçkinin təyin edilməsi ola bilər”.

Politoloq Elçin Xalidbəyli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Makronun istefası ilə bağlı xəbərlər artıq Qərb mətbuatında, xüsusən Almaniya mediasında geniş müzakirə olunur.

Ekspertin sözlərinə görə, Makron hazırda öz siyasi karyerasının ən aşağı səviyyəsini, çöküş səviyyəsini yaşayır:

"Makron və onun partiyası Avropa Parlamentinə seçkiləri uduzdu. Ardınca da Fransada parlament seçkisini uduzdu. Sonra Makron hökuməti tam tərkibdə istefa verməli oldu. Ancaq bütün bunlara baxmayaraq, Makron Fransanı idarə etməkdə davam edir. Halbuki, bunun özü yolverilməz və Fransanın çox tez-tez dilə gətirdiyi Qərb demokratiyasının qəbul etməyəcəyi bir şeydir”.

Müsahibimiz qeyd edib ki, Makronun hazırda Fransada dayaqları sarsılmış vəziyyətdədir:

“Makronun siyasəti yalnız öz karyerasını deyil, həm də Fransanı çökdürməyə davam edir. Hazırda Makron faktiki olaraq avtokratiyaya, diktaturaya doğru meyillənir. Çünki normalda partiyası seçkilərdə məğlub olmuş bir dövlət başçısının çoxdan istefa verməliydi. Bunu etmədən avtokratik, avtoritar metodlarla Fransanı idarə etməkdə davam edir. Fransa böyük sürətlə diktaturaya doğru irəliləyir. Bütün bunları nəzərə alanda Makronun hakimiyyətdə qalmasının özü bir qeyri-adi situasiyadır".

Elçin Xalidbəyli: Makronun hazırda Fransada dayaqları sarsılmış vəziyyətdədir

Analitik vurğulayıb ki, Makronun dünyada heç bir nüfuzu qalmayıb:

"Fransanın nüfuzu sürətlə üzü aşağı doğru gedirsə, bir çox beynəlxalq qurumlarda, qərb ölkələrində Fransa prezidenti Makrona ciddi yanaşmırlar. Belə bir dövlət başçısının Fransanı idarə etməsi dövlətin imicinə zərbə vurmaqdadır. Fransanın müstəmləkəçilik siyasətinin ifşa olunması bu ölkəni beynəlxalq məkanda çox çətin vəziyyətə salıb. Bunun ardınca Makron daha biabırçı situasiyaya müəlliflik etdi. Onun rəhbərlik etdiyi ölkənin təşkil etidiy Olimpiya Oyunları da Fransanın özü də dövlətin beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vurdu. Fransa faktiki olaraq "xoruzlar və saqqallı qadınlar" ölkəsi olduğunu etiraf etdi. Bu ölkənin hökumətinin tərkibində yer alan baş nazir, xarici işlər naziri, idman naziri və digər rəsmilər cinsi azlıqları, saqqallı qadınları, LGBT üzvlərini dəstəkləyir. Makron nüfuzlu idman tədbiri olan Olimpiadanın açılışında saqqallı qadınların, cinsi azlıqların təbliğ olunmasından çəkinmədi. Zaman keçdikcə Fransa ilə bağlı beynəlxalq rəylər formalaşarkən bu məqamlar nəzərə alınacaq".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR