"Qaynar xəttə heç bir müraciət daxil olmayıb".
Bunu Bakıvaxtı.az-ın canlı yayımında açıqlama verən Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, seçkilər Azərbaycan Respublikasının seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir.
Qeyd edib ki, qanunvericilik dedikdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Mərkəzi Seçki Komissiyasının qərarları, əsasnamələri, tövsiyələri nəzərdə tutulur:
"Bu saata qədər Mərkəzi Seçki Komissiyasına hər hansı bir qanun pozuntusu ilə əlaqədar müraciət daxil olmayıb. Bizim hörmətli seçici azad şəkildə məntəqəyə gələrək özünün layiq bildiyi namizədə səsini verir. Bununla da Azərbaycan vətandaşlarının seçki hüququ təmin olunur",-deyə İ.Məmmədov əlavə edib.
Mina Mikayılova





jpg-1727781350.webp)










