• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Putin: "Münaqişənin diplomatik yolla həll olunmasını istəyirik"

DÜNYA

04 Iyul 2024 | 16:07 | Müəllif: Gülşən Şərif

Putin: "Münaqişənin diplomatik yolla həll olunmasını istəyirik"

 "Rusiya Ukrayna böhranının siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır". 

Bakıvaxtı.az "Vedmosti"yə istinadən xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi ABŞ başda olmaqla, müttəfiqlərinin qəddar siyasəti nəticəsində yaranıb:

"Biz dəfələrlə problemin həlli yollarını təklif etmişik. Bizim təkliflərimiz Ukraynanın və sponsorlarının hərbi əməliyyatlarının dərhal dayandırılmasına, insan həyatının qorunmasına imkan verəcək".

Putin bəyan edib ki, ŞƏT ölkələri Ukrayna probleminin həlli ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026