• Bakı C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Rusiyada quru aclıq edən fəal təcridxanada ölüb

DÜNYA

03 Avqust 2024 | 15:58

Rusiyada quru aclıq edən fəal təcridxanada ölüb

Rusiyada “terrorçuluğa çağırışlar”da təqsirli bilinən pianoçu Pavel Kuşnir quru aclıq aksiyasından sonra Birobican istintaq təcridxanasında ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə media Kuşnirin kamera yoldaşlarına istinadən məlumat verib.

Məlumata görə, faciə iyulun 27-də 39 yaşlı fəalın sudan imtina edərək keçirdiyi quru aclıq aksiyasından sonra baş verib. Onun ölümünün digər təfərrüatları hələlik məlum deyil.

İddia olunurdu ki, fəal “məşhur video hostinq saytında öz kanalını yaradıb və orada mütəmadi olaraq Rusiya Federasiyasında inqilab yolu ilə konstitusiya quruluşunu zorakılıqla devirməyə çağırdığı materialları dərc edib”.

Bununla bağlı Kuşnirə qarşı terror fəaliyyətinə açıq çağırış (Cinayət Məcəlləsinin 205.2-ci maddəsi) ilə cinayət işi açılıb. Bundan əlavə, fəalın üzərində evdə hazırlanmış FTX agentinin şəxsiyyət vəsiqəsi tapılıb.

Pavel Kuşnir Tambovda böyüyüb, sonra Moskva Konservatoriyasını bitirib. KİV-in məlumatına görə, 2022-ci ilin ortalarında Birobidjana köçüb və yerli filarmoniyanın solisti olub.


SON XƏBƏRLƏR