• Bakı 31° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Nüvə silahının yayılmaması rejiminə riayət edilməlidir - ŞƏT

DÜNYA

04 Iyul 2024 | 15:22

Nüvə silahının yayılmaması rejiminə riayət edilməlidir - ŞƏT

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin yekunları üzrə təsdiq edilmiş Astana Bəyannaməsinə əsasən, 1968-ci il müqaviləsi ilə müəyyən edilmiş nüvə silahlarının yayılmaması rejimi qəti şəkildə qorunmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni (NPT) imzalayan ŞƏT ölkələri orada təsbit olunmuş bütün məqsəd və prinsiplərin balanslaşdırılmış şəkildə təşviqini dəstəkləyir.

Bununla belə, ŞƏT dövlətləri nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə ədalətli və qarşılıqlı faydalı əməkdaşlığı dəstəkləməyi zəruri hesab edirlər.

ŞƏT həmçinin Mərkəzi Asiyada Nüvə Silahından Azad Zona Protokolunun tezliklə icrasının regional təhlükəsizliyə əhəmiyyətli töhfə verəcəyinə ümid etdiyini bildirib.

Günel Abbas


SON XƏBƏRLƏR

06 Iyul 2024