• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Zavod direktoru yenidən cərimələndi

CƏMİYYƏT

04 Iyul 2024 | 19:31 | Müəllif: Subhan Mahmudov

Zavod direktoru yenidən cərimələndi

"Azerkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunun direktoru Oqtay Niftəliyevə cərimə protokolu tərtib edilib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb zavod direktorunun əməkdaşlardan birinin əmək müqaviləsinə qanunsuz xitam verməsi bildirilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bunu əsas götürərək Oqtay Niftəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimə protokolu tərtib edib.

Qeyd edək ki, həmin qanun pozuntusuna görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, ötən il Dövlət Ekoloji Təhlükəsizlik Xidməti zavoddan tullantı sularının su hövzəsinə axıdıldığına görə O.Niftəliyevi cərimələmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026