• Bakı 29° C

    2.71 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Tramp Ukrayna münaqişəsini 24 saat ərzində həll edə bilməz - Kelin

DÜNYA

03 Iyul 2024 | 09:20

Tramp Ukrayna münaqişəsini 24 saat ərzində həll edə bilməz - Kelin

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, prezident seçkilərində qalib gəlsə belə, Ukraynadakı münaqişəni 24 saat ərzində həll edə bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniya televiziyasına müsahibəsində bildirib.

O qeyd edib ki, ilk növbədə, o, prezident olmalıdır. İkincisi, bunun üçün çoxlu səylər göstərilməlidir və bu, hansı şərtlərin baş verəcəyindən asılıdır:

"Bilirsiniz ki, hazırda Rusiya və Ukrayna arasında 2022-ci ilin əvvəlində İstanbulda imzalanmış saziş layihəsinə böyük diqqət yetirilir və bu, yəqin ki, yaxşı platforma idi", - Kelin əlavə edib.

Kelin qeyd edib ki, Ukraynada münaqişənin həlli ilə bağlı danışıqlara başlasa belə, Rusiya hücumçu hərəkətləri ilə dayanmaq fikrində deyil.

Günel Abbas


SON XƏBƏRLƏR