• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Hindistanda güclü yağışlar - 30-dan çox insan öldü

DÜNYA

02 Avqust 2024 | 01:03 | Müəllif: Subhan Mahmudov

Hindistanda güclü yağışlar - 30-dan çox insan öldü

Hindistanın şimalında davam edən güclü yağışlar nəticəsində 30-dan çox insan ölüb.

Bakıvaxtı.az verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Himaçal Pradeş, Uttarakhand, Uttar Pradeş, Haryan ştatlarının sakinləri, eləcə də Dehli paytaxt bölgəsinin bir neçə sakini fəlakətin qurbanı olublar.

"Yağışlar evlərin dağıdıldığı, yolların su altında qaldığı yaşayış məntəqələrinə ciddi ziyan vurub. Onlarla insan itkin düşmüş sayılır", - məlumatda bildirilir.

Hindistanın Meteorologiya Departamenti ölkənin şimalında yağışların avqustun 7-dək davam edəcəyini proqnozlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR