• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ukrayna Rusiyada bu hədəfləri vurmaq istəyir - Siyahı ABŞ-yə verilib

DÜNYA

01 Sentyabr 2024 | 00:40 | Müəllif: Qalib İbrahimoğlu

Ukrayna Rusiyada bu hədəfləri vurmaq istəyir - Siyahı ABŞ-yə verilib

Kiyev Rusiya ərazisində Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli raketlərlə vurmaq istədiyi hədəflərin siyahısını ABŞ-a təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov bildirib.

O qeyd edib ki, Ukrayna “ATACMS” (Army Tactical Missile System) taktiki ballistik raketlərindən istifadə ilə bağlı məhdudiyyətlərin ləğvində israrlıdır.

Onun sözlərinə görə, Ağ Ev hələ də Kiyevin uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müraciətinə baxır.

“CNN” Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb ki, Amerika Birləşmiş Ştatları Kiyev hakimiyyətinə açıq şəkildə bildirib ki, artıq çox sayda “ATACMS” (Army Tactical Missile System) taktiki ballistik raketləri tədarük etmək fikrində deyil./report.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026