"Artıq beynəlxalq ictimaiyyət İsrailin bütün bölgəni bürüyən quldurluğuna səssiz qala bilməz".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya ictimaiyyətinə müraciətində deyib.
"Beynəlxalq ictimaiyyəti və İslam dünyasını müsəlmanlar, yəhudilər və xristianlar da daxil olmaqla, bölgəmizdəki hər kəsin sülhü üçün hərəkətə keçməyə çağırırıq", - deyə Ərdoğan qeyd edib.