İsrail Hərbi Hava Qüvvələri Livanın şərqindəki Bekaa vadisində Hizbullah hərəkatının yanacaq anbarlarına hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Bu anbarlar Hizbullah hərbi maşınlarının yanacaqla təmin edilməsində istifadə edilib və Hizbullahın əməliyyat hərbi infrastrukturu üçün mühüm əhəmiyyət kəsb edirdi", - məlumatda bildirilib.
Bildirilib ki, hücum edilən ərazilər üçün yanacaq İran tərəfindən Hizbullaha hərbi dəstəyin bir hissəsi olaraq verilib.