• Bakı C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Hakimiyyətə qayıtmaq üçün Trampın köməyinə ümid edir

DÜNYA

29 Noyabr 2024 | 20:11

Hakimiyyətə qayıtmaq üçün Trampın köməyinə ümid edir

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın dəstəyinə arxalanaraq, hazırkı prezident Luiz İnasio Lula da Silvaya qarşı iqtisadi sanksiyaların tətbiqini əhatə edə biləcək siyasi dönüş strategiyası hazırlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

2030-cu ilə qədər prezidentliyə namizədliyi qadağan edilən və çevriliş cəhdində cinayət ittihamı ilə üzləşən Bolsonaru "Tramp qayıtdı və bu, bizim də qayıdacağımıza işarədir" deyib.

Mediada yayılan xəbərlərə görə, Bolsonaru hər hansı bir qanun pozuntusunu rədd edir və ölkənin hazırkı prezidenti və sol təmayüllü hakimlərin "ifritə ovu" qurbanı olduğunu iddia edir.

Braziliyanın 69 yaşlı keçmiş prezidenti deyib: “Onlar mənim sadəcə həbsimi deyil, ölməyimi də istəyirlər”.


SON XƏBƏRLƏR