"NATO Rusiya Federasiyasının potensial dağıdıcı“hibrid hücumlarına cavab strategiyası hazırlayır və bu strategiyaya hərbi tədbirlər də daxildir".
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Baş katibin innovasiya, hibrid fəaliyyət və kibertəhlükəsizlik üzrə köməkçisi Ceyms Appaturay deyib.
Onun sözlərinə görə, alyans sözügedən təhlükələrə cavab vermək üçün 2015-ci il strategiyasını yeniləyir:
"Son illər NATO-ya üzv ölkələr kritik infrastruktura qarşı hücumların sayının artması ilə üzləşiblər ki, bunun arxasında Moskva ola bilər. Bu hücumlardan birinin xeyli sayda itki ilə nəticələnəcəyi və ya çox əhəmiyyətli iqtisadi ziyana səbəb olacağı real perspektivi var. Ona görə də biz nə edəcəyimizi diqqətlə düşünmədiyimiz bir vəziyyətdə olmaq istəmirik".
Gülşən Şərif