• Bakı 17° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Metroda qadına yer verməyən sərnişin bıçaqlandı

DÜNYA

30 Sentyabr 2024 | 21:10

Metroda qadına yer verməyən sərnişin bıçaqlandı

Rusiyanın paytaxtl Moskvada "Kitay-Qorod"dan "Turgenyevskaya" stansiyasına gedən qatarda sərnişinlər arasında əlbəyaxa dava qeydə alınıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk Telegram kanalında bildirib.

Onun sözlərinə görə, sərnişinlərdən biri bıçaqla hücuma məruz qalıb:

"Hücumun səbəbi sərnişinin digərinə qadına yer verməməsi barədə irad bildirməsi olub.

Qatar stansiyaya çatanda silahlı şəxs hadisə yerindən yayınıb. Bıçaq zərbəsi almış sərnişinə isə tibbi yardım göstərilib".

Qeyd edək ki, polis qısa müddət ərzində hücum edən şəxsi evinin yaxınlığında saxlayıb. Ona qarşı xuliqanlıq maddəsi üzrə cinayət işi açılıb./baku.ws


SON XƏBƏRLƏR

30 Sentyabr 2024