• Bakı 15° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0174

İran "iPhone" idxalına qoyulan qadağanı aradan qaldırıb

DÜNYA

30 Oktyabr 2024 | 17:25

İran iPhone idxalına qoyulan qadağanı aradan qaldırıb

İran hakimiyyəti "iPhone" smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bu barədə informasiya və kommunikasiya texnologiyaları naziri Satar Haşimi "X" platformasında məlumat verib.

O, bildirib ki, hüquqi məsələlər üzrə vitse-prezident və ticarət, sənaye və mineral sərvətlər nazirinin dəstəyi ilə məhdudiyyətləri aradan qaldırmaq üçün hökumətin icazəsini ala bilib.

"Yaxın vaxtlarda "iPhone"un ölkə daxilində idxalı və qeydiyyatı üçün yeni mexanizm tətbiq olunacaq. "iPhone" idxalı ilə bağlı qaydalar tezliklə açıqlanacaq", - deyə Haşimi vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR