• Bakı C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

“Müharibə prezidentin səhhətinə mənfi təsir edib” - Zelenskaya

DÜNYA

29 Noyabr 2024 | 17:18

“Müharibə prezidentin səhhətinə mənfi təsir edib” - Zelenskaya

Ukraynanın birinci xanımı Yelena Zelenskaya etiraf edib ki, genişmiqyaslı müharibə onun həyat yoldaşı, prezident Volodimir Zelenskinin səhhətinə mənfi təsir edib.

Bakıvaxt.az xəbər verir ki, Zelenskaya bunu İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində deyib.

Prezidentin həyat yoldaşının sözlərinə görə, Volodimir Zelenski müharibə ilə əlaqədar xeyli stress keçirib. O etiraf edib ki, böyük fiziki və emosional stress səbəbindən ərinin kürəyi tez-tez ağrıyır.

Bununla yanaşı, Zelenskaya “1000 günlük müharibə”nin ərini daha da gücləndirdiyini də vurğulayıb.


SON XƏBƏRLƏR