• Bakı 18° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Venesuelada vəziyyət nəzarət altındadır - Maduro

DÜNYA

02 Avqust 2024 | 09:19

Venesuelada vəziyyət nəzarət altındadır - Maduro

Venesuelada vəziyyət, cinayətkar dəstələrin və terror qruplaşmalarının hazırkı dövlət başçısı Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərinin nəticələrini tanımadan situasiyanı gərginləşdirmək cəhdlərindən sonra nəzarət altındadır.

Bakıvaxtı.az "Venezolana de television" telekanalına istinadən xəbər verir ki, bu barədə Respublika Prezidenti İqtisadiyyat Milli Şurasının iclasında bildirib.

"Bazar, bazar ertəsi və çərşənbə axşamı günü ortaya çıxan gərginlik bu gün nəzarət altındadır və sülh, iş, rifah və istehsal təmin etmək üçün hər gün daha ciddi nəzarət ediləcək", - Maduro deyib.

"Biz 1,2 min nəfərdən çox cinayətkarı həbs etdik və daha min nəfəri axtarırıq, onları da həbs edəcəyik", - Prezident qeyd edib. O, vurğulayıb ki, terrorçular Texas - ABŞ, habelə Kolumbiya, Peru və Çilidə hazırlanıb: "Bu təimlərin videoları var".

Maduro əlavə edib ki, əmrləri yerinə yetirərkən cinayətkarlar 300-dən çox polis postunu yandırıblar, çünki postlar əhalinin qorunmasını təmin edir.

O vurğulayıb ki, terrorçular "tarixdə ilk "kibernetik çevriliş" etmək üçün yanğınların videosunu çəkib yayıblar.

Prezident cinayətkarların 80 %-nin narkotik vasitələrin və alkoqolun təsiri altında olduğunu vurğulayıb.

"Biz onları bir-bir tuturuq və bağışlanmayacaqlar", - dövlət başçısı deyib. O, 15 gündən sonra istifadəyə veriləcək iki ciddi rejimli həbsxananın hazırlandığını bildirib. "Bütün quldurlar ən sərt rejimli həbsxanalarda cəza çəkəcəklər", - Prezident Konstitusiyaya uyğun olaraq dəstə üzvlərinin bağışlanmayacağını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026