• Bakı 29° C

    2.71 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

İran səfirliyi Azərbaycana təşəkkür etdi

SİYASƏT

03 Iyul 2024 | 09:18

İran səfirliyi Azərbaycana təşəkkür etdi

“Azərbaycanda səfərdə olan və yaşayan İran vətəndaşlarına iyunun 28-də keçirilmiş prezident seçkilərində iştirak üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkür edirik”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikir İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda vurğulanıb. Qeyd olunub ki, İranda keçirilən prezident seçkilərinin birinci turunda seçicilər fəal iştirak ediblər.

“Səfirliklə əməkdaşlıq edərək iranlı seçicilərin seçkilərdə iştirakı üçün yaratdığı imkanlara görə Azərbaycana dərin təşəkkürümüzü bildiririk”-Bəyanatda bildirilib.

Bəyanatda nəzərə çatdırılıb ki, prezident seçkilərinin ikinci turunda səsvermə iyulun 5-də saat 8:00 başlayacaq və saat 18:00-a kimi davam edəcək.


SON XƏBƏRLƏR