• Bakı 27° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Vüqar Həsənovun axtarışlarına amfibiya təyyarə cəlb olundu - VİDEO

HADİSƏ

02 Iyul 2024 | 18:32

Vüqar Həsənovun axtarışlarına amfibiya təyyarə cəlb olundu - VİDEO

Xəbər verildiyi kimi, 21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batdığı ehtimal olunan Zaqatala rayon sakini 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış işlərinə cəlb olunub.


SON XƏBƏRLƏR